Natalya Məmmədovanın komandası İspaniya çempionatında məğlub olub
30.03.2008 - 10:35
Natalya Məmmədovanın komandası İspaniya çempionatında məğlub olub
Bakı. Kənan Həsənov-APA-Sport. İspaniyada qadınlar arasında voleybol çempionatının XXII turunun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının üzvü Natalya Məmmədovanın icarə əsasında çıxış etdiyi “İkaro Palma” klubu səfərdə “Jamper Aquere” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Dördüncü dəfə məğlub olan “İkaro Palma” 40 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə hesabında 42 xal olan “Mursiya 2005” klubu başçılıq edir.
Qeyd edək ki, N.Məmmədova müqaviləyə əsasən, İsveçrənin “Volero” klubuna məxsusdur.
0