10 May 09:40 NBA: "Boston" konfrans finalında - VİDEO
TOP OYUNLARI xəbərləri 10 May 09:40
505 baxış

NBA: "Boston" konfrans finalında - VİDEO

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında konfrans yarımfinallarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə bir qarşılaşma keçirilib.

 

"Boston Seltiks" "Filadelfiya 76ers"i qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüşdən qalib ayrılan ev sahibləri seriyanı 4:1 hesabı ilə öndə bitirərək, Şərq konfransının finalına yüksəlib.

 

NBA

Pley-off

Şərq konfransı, yarımfinal

 

"Boston Seltiks" - "Filadelfiya 76ers" - 114:112

"Boston": Teytum (25 xal, 4 assist, 3 ribaund, 1 top oğurlama), Braun (24 xal, 4 ribaund, 2 assist, 2 blok)

"Filadelfiya": Embiid (27 xal, 12 ribaund, 4 assist, 4 blok), Şariç (27 xal, 10 ribaund, 4 assist, 1 top oğurlama, 1 blok)

Seriyada hesab - 4:1 ("Boston" konfrans finalında)

 

Qeyd edək ki, "Boston Seltiks" Şərq konfransının finalında "Klivlend Kavalyers"lə üz-üzə gələcək.

Xəbər lenti