3 May 09:38 NBA: "Hyuston" "Yuta" ilə bacarmadı - VİDEO
TOP OYUNLARI xəbərləri 3 May 09:38
539 baxış

NBA: "Hyuston" "Yuta" ilə bacarmadı - VİDEO

Milli Basketbol Assosiasiyasının çempionatında (NBA) konfrans yarımfinalları davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə bir qarşılaşma keçirilib.

 

Qərb konfransında müntəzəm çempionatı lider kimi bitirən "Hyuston Rokets" "Yuta Caz"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Yuta Caz" seriya hesabını bərabərləşdirərək, ev sahibi üstünlüyünü ələ keçirib.

 

NBA

Pley-off

Qərb konfransı

"Hyuston Rokets" - "Yuta Caz" - 108:116

"Hyuston": Harden (32 xal, 11 assist, 6 ribaund, 2 top oğurlama), Pol (23 xal, 5 ribaund, 3 assist, 3 top oğurlama), Kapela (21 xal, 11 ribaund, 2 assist, 2 blok, 1 top oğurlama)

"Yuta": İnqlz (27 xal, 3 ribaund, 2 assist), Mitçell (17 xal, 11 assist, 5 ribaund, 2 top oğurlama), Qober (15 xal, 14 ribaund, 3 blok)

Seriyada hesab - 1:1

 

Xəbər lenti