2 May 10:57 NBA: “Klivlend” önə keçdi, “Qolden Steyt” fərqi artırdı - VİDEO
TOP OYUNLARI xəbərləri 2 May 10:57
399 baxış

NBA: “Klivlend” önə keçdi, “Qolden Steyt” fərqi artırdı - VİDEO

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında konfrans yarımfinalları davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 2 qarşılaşma keçirilib.

 

Şərq konfransında “Toronto Reptors” “Klivlend Kavalyers”i qəbul edib. Overtayma gedən matçdan qalib ayrılan qonaqlar seriyada önə keçiblər.

 

Qərb konfransında “Nyu-Orlean Pelikans”ı məğlub edən “Qolden Steyt Vorriorz” seriya hesabındakı fərqi artırıb.

 

NBA

 

Pley-off

 

Şərq konfransı

 

“Toronto Reptors” – “Klivlend Kavalyers” – 112:113 (overtaym)

 

“Toronto”: DeRozan (22 xal, 7 ribaund, 5 assist, 3 blok, 1 top oğurlama), Valançyunas (21 xal, 21 ribaund, 2 assist, 1 blok)

 

“Klivlend”: Ceyms (26 xal, 13 assist, 11 ribaund, 2 blok, 1 top oğurlama)

 

Seriyada hesab: 1-0 (“Klivlend”)

 

 

Qərb konfransı

 

“Qolden Steyt Vorriorz” – “Nyu-Orlean Pelikans” – 121:116

 

“Qolden Steyt”: Durant (29 xal, 7 assist, 6 ribaund, 3 blok, 2 top oğurlama)

 

“Nyu-Orlean”: Deyvis (25 xal, 15 ribaund, 5 assist, 3 blok, 2 top oğurlama)

 

Seriyada hesab: 2-0 (“Qolden Steyt”)

Xəbər lenti