[b]NBA: “Klivlend” uduzdu, “Hyuston” qələbə ilə başladı - VİDEO[/b]
16.04.2018 - 09:32
[b]NBA: “Klivlend” uduzdu, “Hyuston” qələbə ilə başladı - VİDEO[/b]

Milli Basketbol Assosiasiyasının çempionatında (NBA) pley-off mərhələsinin növbəti görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 4 qarşılaşma baş tutub.

 

Şərq konfransında “Boston” “Miluoki”ni qəbul edib. Overtaym gedən oyundan “Seltiks” qalib ayrılıb. “Klivlend” – “İndiana” görüşündə isə gözlənilməz nəticə qeydə alınıb. Belə ki, doğma meydanda “Peysers”ə məğlub olan “Kavalyers” seriyada geri düşüb.

 

Qərb konfransında müntəzəm çempionatı lider kimi bitirən “Hyuston Rokets” çətinliklə olsa da, “Minnesota Timbervulvz”a qalib gələ bilib. “Oklahoma-Siti Tander” isə “Yuta Caz”dan üstün olub.

 

NBA

Pley-off, ilk tur

Şərq konfransı

 

“Boston Seltiks” – “Miluoki Baks” – 113:107 (overtaym)

“Boston”: Horford (24 xal, 12 ribaund, 4 assist, 3 blok, 2 top oğurlama)

“Miluoki”: Adetokunbo (35 xal, 13 ribaund, 7 assist, 3 top oğurlama)

Seriyada hesab: 1-0 (“Boston Seltiks”)

 

 

“Klivlend Kavalyers” – “İndiana Peysers” – 80:98

“Klivlend”: Ceyms (24 xal, 10 ribaund, 12 assist, 1 blok, 1 top oğurlama)

“İndiana”: Oladipo (32 xal, 6 ribaund, 4 assist, 4 top oğurlama, 1 blok)

Seriyada hesab: 1-0 (“İndiana Peysers”)

 

Qərb konfransı

 

“Oklahoma-Siti Tander” – “Yuta Caz” – 116:108

“Oklahoma-Siti”: Corc (36 xal, 7 ribaund, 1 top oğurlama), Vestbruk (29 xal, 13 ribaund, 8 assist, 1 top oğurlama)

“Yuta”: Mitçell (27 xal, 10 ribaund, 3 assist, 2 top oğurlama, 1 blok)

Seriyada hesab: 1-0 (“Oklahoma-Siti Tander”)

 

“Hyuston Rokets” – “Minnesota Timbervulvz” – 104:101

“Hyuston”: Harden (44 xal, 8 assist, 4 ribaund, 2 top oğurlama)

“Minnesota”: Viqqins (18 xal, 6 ribaund, 1 assist), Tiq (15 xal, 9 ribaund, 8 assist, 1 blok, 1 top oğurlama)

Seriyada hesab: 1-0 (“Hyuston Rokets”)

 

0