[b]NBA: "Klivlend" və "Boston" fərqi artırdı - VİDEO[/b]
04.05.2018 - 09:29
[b]NBA: "Klivlend" və "Boston" fərqi artırdı - VİDEO[/b]

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında konfrans yarımfinalları davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə iki görüş keçirilib.

 

Şərq konfransında "Klivlend Kavalyers" səfərdə "Toronto Reptors" üzərində növbəti qələbəsini qazanıb. Beləliklə, "Kavs" seriya hesabındakı fərqi artırıb. Günün ikinci oyununda isə "Boston Seltiks" "TD Qarden"də "Filadelfiya 76ers"i məğlub edib. "Yaşıllar"ın seriyada 2:0 üstünlüyü var.

 

NBA

Pley-off

Şərq konfransı, yarımfinal

"Toronto Reptors" - "Klivlend Kavalyers" - 110:128

"Toronto": DeRozan (24 xal, 3 ribaund), Louri (21 xal, 8 assist, 4 ribaund), Valançyunas (16 xal, 12 ribaund, 2 assist, 1 blok)

"Klivlend": Ceyms (43 xal, 14 assist, 8 ribaund, 1 top oğurlama), Lav (31 xal, 11 ribaund, 2 assist, 1 top oğurlama, 1 blok)

Seriyada hesab: 2-0 ("Klivlend")

 

"Boston Seltiks" - "Filadelfiya 76ers" - 108:103

"Boston": Teytum (21 xal, 2 ribaund, 2 assist, 1 top oğurlama, 1 blok), Rozye (20 xal, 9 assist, 7 ribaund, 1 top oğurlama, 1 blok)

"Filadelfiya": Redik (23 xal, 3 ribaund, 2 assist, 1 top oğurlama), Kovinqton (22 xal, 9 ribaund, 2 assist, 2 top oğurlama, 2 blok), Embiid (20 xal, 14 ribaund, 5 assist, 1 top oğurlama, 1 blok)

Seriyada hesab: 2-0 ("Boston")

0