17 Aprel 10:22 NBA: “Mayami” hesabı bərabərləşdirdi, “Qolden Steyt”dən növbəti qələbə - VİDEO
TOP OYUNLARI xəbərləri 17 Aprel 10:22
396 baxış

NBA: “Mayami” hesabı bərabərləşdirdi, “Qolden Steyt”dən növbəti qələbə - VİDEO

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 2 qarşılaşma keçirilib.

 

Şərq konfransında “Filadelfiya” “Mayami”ni qəbul edib. İlk görüşdən fərqli, səfərdə qalib gələn “Hit” seriyaya tarazlıq gətirib.

 

Qərb konfransında isə son çempion “Qolden Steyt” “San-Antonio” ilə qarşılaşıb. Növbəti qələbəsini qazanan “Vorriorz” seriya hesabında fərqi artırıb.

 

NBA

Pley-off, ilk tur

Şərq konfransı

 

“Filadelfiya 76ers” – “Mayami Hit” – 103:113

“Filadelfiya”: Simmons (24 xal, 9 ribaund, 8 assist, 2 blok)

“Mayami”: Veyd (28 xal, 7 ribaund, 3 assist, 2 top oğurlama)

Seriyada hesab: 1-1

 

Qərb konfransı


“Qolden Steyt Vorriorz” – “San Antonio Spörs” – 116:101

“Qolden Steyt”: Dyurant (32 xal, 6 ribaund, 6 assist, 1 blok)

“San Antonio”: Oldric (34 xal, 12 ribaund, 3 assist)

Seriyada hesab: 2-0 (“Qolden Steyt”)

 

Xəbər lenti