25 May 16:20 NBA: Mövsümün ən yaxşı "beşlik"ləri açıqlandı
TOP OYUNLARI xəbərləri 25 May 16:20
218 baxış

NBA: Mövsümün ən yaxşı "beşlik"ləri açıqlandı

NBA-da mövsümün birinci, ikinci və üçüncü ən yaxşı “beşlik”ləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 100 jurnalistin iştirak etdiyi səsvermənin nəticələri açıqlanıb.

 

“Klivlend Kavalyers”in ulduz basketbolçusu Lebron Ceyms 15 illik NBA karyerasında 12-ci dəfə əsas “beşliy”ə girərək, rekord müəyyənləşdirib. Bununla da o, Kobe Brayant və Karl Melonu (hər ikisi 11 dəfə) geridə qoyub.

 

Mövsümün ən yaxşı “beşlik”lərində adları yer alan basketbolçuların siyahısı belədi:

 

Ən yaxşı beşlik: Demyan Lillard (“Portlend Treyl Bleyzers”), Ceyms Harden (“Hyuston Rokets”), Lebron Ceyms (“Klivlend Kavalyers”), Kevin Durant (“Qolden Steyt Vorriors”), Entoni Deyvis (“Nyu-Orlean Pelikans”).

 

Ən yaxşı ikinci beşlik: Rassell Vestbruk (“Oklahoma Siti Tander”), DeMar DeRozan (“Toronto Reptors”), Yannis Adetokunbo (“Miluoki Baks”), LaMarkus Oldric (“San-Antonio Spörs”), Coel Embiid (“Filadelfiya 76ers”).

 

Ən yaxşı üçüncü beşlik: Stefen Körri (“Qolden Steyt Vorriors”), Viktor Oladipo (“İndiana Peysers”), Cimmi Batler (“Minnesota Timbervulvs”), Pol Corc (“Oklahoma Siti Tander”), Karl-Entoni Tauns (“Minnesota Timbervulvs”).

Xəbər lenti