[b]NBA: Son çempion uduzdu, liderdən növbəti qələbə [/b]
11.04.2018 - 12:08
[b]NBA: Son çempion uduzdu, liderdən növbəti qələbə  [/b]

Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında növbəti görüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, hesabat turunda ümumilikdə 6 qarşılaşma oynanılıb.

 

Qərb konfransının lideri “Hyuston Rokets” səfərdə “Los Anceles Leykers”ə qalib gəlib, son çempion “Qolden Steyt Vorriorz” isə “Yuta Caz”la bacarmayıb.

 

“Şarlott Hornets” “İndiana Peysers”dən, “Vaşinqton Vizards” “Boston Seltiks”dən üstün olub. “Atlanta Houks” – “Filadelfiya 76ers”, “Dallas Maveriks” – “Finiks Sans” görüşlərində isə ikincilər qələbə qazanıblar.

 

“İndiana Peysers” - “Şarlott Hornets” – 93:119

“Atlanta Houks” – “Filadelfiya 76ers” – 113:121

“Vaşinqton Vizards” “Boston Seltiks” – 113:101

“Dallas Maveriks” – “Finiks Sans” – 97:124

“Yuta Caz” – “Qolden Steyt Vorriorz” – 119:79

“Los Anceles Leykers” – “Hyuston Rokets” – 99:105

 

Qeyd edək ki, NBA-da müntəzəm çempionata bu gecə keçiriləcək görüşlərlə yekun vurulacaq. Şərq konfransında pley-offa vəsiqə qazanan bütün komandaların kimliklərinə aydınlıq gəlib, Qərbdə isə sonuncu vəsiqə uğrunda “Minnesota Timbervulvz” və “Denver Naqqets” komandaları mübarizə aparırlar.

0