14 Mart 09:47 Novruz turnirinin püşkü atıldı
TOP OYUNLARI xəbərləri 14 Mart 09:47
566 baxış

Novruz turnirinin püşkü atıldı

Qadın voleybolçular arasında keçiriləcək Novruz turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, mərasimdə “Lokomotiv” “Abşeron”a rəqib olub.

 

Digər cütdə isə AVF “Azərreyl”lə qarşılaşacaq.

 

Oyunlar martın 16-da olacaq. İlk matç saat 15:30-da, ikinci görüş 2 saat sonra başlayacaq. Cütün güclüləri ertəsi gün qalib müəyyənləşdirəcək. Final oyunu saat 16:00-da start götürəcək.

 

Qeyd edək ki, qarşılaşmalar Voleybol Mərkəzində keçiriləcək.

Xəbər lenti