[b]Odina Bayramova Polina Rəhimovaya şok yaşatdı[/b]
26.02.2018 - 10:22
[b]Odina Bayramova Polina Rəhimovaya şok yaşatdı[/b]

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında XXII turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, oyunlar Azərbaycan millisinin oyunçuları üçün uğurlu alınıb.

 

Belə ki, yığmamızın kapitanı Odina Bayramovanın şərəfini qoruduğu “Seramiksan” hücumçumuz Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça”nı qəbul edib. Görüş gözlənilmədən ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun sensasiyasının qeydə alındığı matçda Odina 6, Polina 14 xal yığıb.

 

Millimizin digər hücumçusu Yana Kulanın formasını geyindiyi “Beylikdüzü” “İlbank”la qarşılaşıb. Oyun təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Kulan matçda 14 xal toplamaqla, “Beylikdüzü”nün ən məhsuldar oyunçusu olub.

 

Marqarita Əzizovanın çıxış etdiyi “Beşiktaş” isə “Nilüfer Bld”a 3:0 hesabı ilə qalib gəlib. Voleybolçumuz qarşılaşmada 3 dəqiq zərbə vurub.

 

Qeyd edək ki, XXII turdan sonra “Fənərbaxça” turnir cədvəlində 4-cü pilləyə enib. Onların 45 xalı var. 29 xalı olan “Beşiktaş” 6-cı, onlardan 4 xal geri qalan “Beylikdüzü” 8-cidi. “Seramiksan” isə 24 xalla 10-cu yerdə qərarlaşıb.

 

0