Azərbaycan millisinin voleybolçusu Odina Bayramova ölkəmizdə və Gürcüstanda keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandamızın kapitanı yarışın favoriti olduğumuzu deyib.
- Avropa çempionatına hazırlığınız necə keçdi? Komandanın şanslarını necə qiymətləndirirsiz?
- Yüksək səviyyədə təlim-məşq toplanışı keçirdik. Biz oyunlara, qalib gəlməyə hazırıq. Belə yarışların meydan sahibi olmaq böyük şərəfdi. Biz də öz məsuliyyətimizi dərk edirik. Azərbaycanı, xalqımızı, azarkeşlərimizi məyus etməməliyik. Çempionata hazırıq.
- Qrupdakı rəqibləriniz haqda nə deyə bilərsiz?
- Zəif rəqib olmur. Rəqib, istənilən halda rəqibdi. Oynamaq lazımdı. Onlara da özümüzə də uğurlar arzulayıram. Hər şey meydanda bəlli olacaq.
- Qrupda ən güclü rəqib kimi hesab edirsiz?
- Polşa.
- Bəs Avropa çempionatının favoriti kimi hesab edirsiz?
- Favoritlərdən biri də bizik.
- Belə olan halda, finalda hansı komandanı rəqib görmək istərdiz?
- Rusiya, Türkiyə, Serbiya və ya İtaliya. Bu Avropa çempionatına ən güclü komandalar gəlib.
- Evdə oynamağın çətin tərəflərinin olduğunu bilirsizmi?
- Bəli, çətinliyi odu ki, azarkeşləri məyus etməməliyik. Bu da əlavə gərginlikdi. Düzdü, belə deyirlər ki, doğma divarlar da kömək edir. Bütün zal səni dəstəkləyəndə onlar rəqibə qarşı olur.
- Amma yığmamız Avropa Oyunlarında azarkeşlərini üzüb. Hamı medal gözləyirdi, amma siz dördüncü olduz...
- Dördüncü yer çox ağır idi. Çünki qrupda qalmaq biabırçılıq sayılır, bunu tez unutmaq mümkündü. Amma dördüncü yer daha üzücü, daha ağrılı olur. Ümid edirəm ki, bu, təkrarlanmayacaq. Bakı-2015-i xatırlamaq belə istəmirəm.
- Yığmamız DÇ-2018-in seçmə mərhələsindəki kimi çıxış edə biləcəkmi?
- Düşünürəm ki, bəli. Bizə məzuniyyətdən sonra bərpa olunmaq qaldırdı. Bu gün isə komanda hazırdı.
- Səhv etmiriksə, sizin zədəniz də vardı...
- Zədə həmişə problemdi. Kifayət qədər çox sayda məşqlər buraxdım. Ümid edirəm ki, indi komandaya nə iləsə kömək edə biləcəm.