[b]Odina Bayramovanın komandası yenə uduzdu[/b]
19.04.2017 - 09:32
[b]Odina Bayramovanın komandası yenə uduzdu[/b]

Qadın voleybolçular arasında İtaliya A seriyasında 1/4 final mərhələsinin III oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruyan “Firenze” də “Konegliano” ilə növbəti duelinə çıxıb.

 

Qarşılaşma təmsilçimizin komandası üçün uğursuz alınıb. “Firenze” 0:3 (24:26, 20:25, 17:25) hesabı ilə uduzub. Bayramovanın isə 7 zərbəsi komandasına xal gətirib.

 

Beləliklə, ardıcıl 2 məğlubiyyət alan “Firenze” A seriyasında yarımfinala yüksələ bilməyib.

 

Qeyd edək ki, komandalar ilk 2 matçda hərəyə 1 qələbə qazandığından 3-cü görüşə ehtiyac duyulub. Çünki A seriyasının reqlamentinə əsasən 2 dəfə rəqibini üstələyən tərəf mərhələ adlayır. 

0