27 May 23:14 “Onları başa düşmək lazımdı” – Rəşad Sadıqov
TOP OYUNLARI xəbərləri 27 May 23:14
3239 baxış

“Onları başa düşmək lazımdı” – Rəşad Sadıqov

“Ümumilikdə təlim-məşq toplanışından və futbolçulardan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov deyib.

 

36 yaşlı çalışdırıcı bu gün Makedoniyanın U-20 yığması ilə keçirilən yoxlama oyunundakı 0:1 hesablı məğlubiyyət barədə fikirlərini açıqlayıb: “Komandadakı çatışmazlıqları aradan qaldırmaq üçün daha çox oyun keçirmək istərdim. 12 gün bir yerdə olduq və 3 yoldaşlıq oyunu keçirdik. Bu oyuna gəlincə, iki fərqli hissə oldu. Az oynayan futbolçulara şans verdim. Azərbaycan çempionatı ilə beynəlxalq oyunlar fərqlidi. Kimsə zəif çıxış etdi və ya oyunu alınmadısa, bu o demək deyil ki onları silməliyik. Onları başa düşmək lazımdı. Futbolçularımız az beynəlxalq oyun keçirirlər. Optimal heyəti hələ müəyyənləşdirməmişəm. Zədəli futbolçularımız var idi ki, bu toplanışda bizimlə ola bilmədilər. Komandadan 12-13 futbolçunu U-21-in toplanışına da dəvət edəcəm. Avtoqol məni çox məyus etmədi. Bu texniki səhvdi. Məni daha çox kiminsə mübarizədən yayınması və ya asan təslim olması məyus edər. Futbolçularımız oyundan oyuna inkişaf edəcəklər”.

 

 

Mənbə: affa.az

Xəbər lenti