[b]Polina Rəhimova 2 matçda 65 xal topladı[/b]
09.01.2017 - 09:41
[b]Polina Rəhimova 2 matçda 65 xal topladı[/b]

Qadın voleybolçular arasında Yaponiya çempionatında növbəti turların görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” öncə “Hitaçi”, ardınca “Toray”la qarşılaşıb.

 

Hər 2 görüşdə “avtomobilçilər” xal qazanmağı bacarıblar. Belə ki, “Toyota” XIV turda “Hitaçi”nin qonağı olub. Matç təmsilçimizin komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Rəhimova oyunda 35 xal toplayıb. O, bu xallardan 31-ni hücumda, 1-ni blokda və 3-nü eyslə əldə edib.

 

“Toyota” XV turu da səfərdə keçirib. “Toray”la üz-üzə gələn komanda 2:3 hesabı ilə uduzub. Polina “avtomobilçilər”ə 30 (27 hücum, 1 blok, 2 eys) xal qazandırıb.

 

Qeyd edək ki, 15 oyundan sonra hesabında 23 xalı olan “Toyota” turnir cədvəlində yenə 5-ci yerdədi.

 

0