[b]Polina Rəhimovanın məsləhəti[/b]
12.06.2018 - 10:28
[b]Polina Rəhimovanın məsləhəti[/b]

“Bu, mənim üçün yeni çağırışdı. Bu komandada olmaqdan çox məmnunam”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova deyib.

 

İtaliyanın “Kazalmadjore” klubu ilə 1 illik müqavilə bağlayan 28 yaşlı hücumçu keçidinə münasibət bildirib: “A seriyası ən yüksək səviyyəli çempionatlardan biridi. Komandanı dəstəkləyən azarkeşlər də möhtəşəmdi. Baş məşqçi Marko Qasparinin də işinə bələdəm. Buranı seçməyimin səbəblərindən biri də odu. Komandanın rəngi çəhrayıdı. Mən də bu rəngi sevirəm. Bizi izləməyi məsləhət görürəm”.

 

Rəhimova gələcəkdə müqavilənin müddətinin artırılacağını da istisna etməyib: “Həmişə olduğu kimi menecerimlə birlikdə 1 illik müqavilə bağlamağa qərar verdik. Amma ümid edirəm ki, burda daha uzun müddət qala biləcəm”.

 

Qeyd edək ki, Polina son mövsümü Türkiyə “Fənərbaxça”sında oynayıb.  

0