[b]Polina və komandası final mərhələsində, milli üzvlərindən fərqli nəticələr[/b]
16.12.2017 - 23:08
[b]Polina və komandası final mərhələsində, milli üzvlərindən fərqli nəticələr[/b]

Qadınlar arasında voleybol üzrə Türkiyə kubokunda ilk mərhələyə start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvlərinin çıxış etdiyi komandalardan 3-ü ilk oyunlarına çıxıblar.

 

Milli üzvü Yana Kulanın çıxış etdiyi “Bəylikdüzü” “Bursa B.B.”-ni qəbul edib. Görüş milli oyuçunun komandasının 3:1 (25:21, 25:22, 22:25, 25:13) hesablı qələbəsi ilə yekunlaşıb. Matçı yüksək səviyyədə keçirən Kulan 19 xal toplayıb.

 

Marqarita Əzizovanın oynadığı “Beşiktaş” isə “Çanakkale Bld.”-yə qonaq olub. Marqaritanın 2 xal topladığı görüşdə İstanbul təmsilçisi 1:3 (21:25, 20:25, 25:23, 20:25) hesablı məğlubiyyətə üzülüb.

 

Odina Bayramovanın forma geyindiyi “Seramiksan” da ilk oyununu keçirib. Sözügedən komanda “İlbank” səfərində 3:1 (25:20, 25:19, 20:25, 25:21) hesablı qələbəyə sevinib. Odina 8 xal toplayıb.

 

Bu komandalar arasındakı cavab görüşləri dekabrın 19-da keçiriləcək.

 

Qeyd edək ki, qaydalara əsasən, Türkiyə Sultanlar Liqasının birinci dövrəsini ilk 4-də bitirən komandalar kubok uğrunda yarışlara birbaşa final mərhələsindən qoşulacaqlar. Millimizin hücumçusu Polina Rəhimovanın komandası “Fənərbaxça”, “Eczaçıbaşı”, “Vakıfbank” və “Qalatasaray” da birbaşa finalda çıxış edəcəklər.

0