22 May 09:36 Portuqaliya Azərbaycanla oyun üçün heyətini açıqladı
TOP OYUNLARI xəbərləri 22 May 09:36
269 baxış

Portuqaliya Azərbaycanla oyun üçün heyətini açıqladı

Qadın voleybolçulardan ibarət Portuqaliya Qızıl Avropa Liqasında Azərbaycanla oyun üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Manuel Almeyda Bakıda 12 oyunçunun xidmətindən yararlanacaq.

 

Bolqarıstandan ölkəmizə gələn portuqaliyalılar yığmamızla mayın 23-də üz-üzə gələcəklər. Qonaqlar görüşün ertəsi günü Bakıdan İstanbula, ordan da Portuya qayıdacaqlar.

 

Portuqaliya millisinin heyəti

Toppaylayıcılar: 5. Eliana Durao, 8. Vanessa Rodriques;

Blokçular: 2. Eduardo Duarte, 7. Nuria Silva, 9. Neusa Neto;

Hücumçular: 1. Fabiola Qomes, 17. Barbara Qomes, 10. Marta Hürst, 15. Yuliya Kavalenka, 6. Maria Maio, 12. Juliana Rosas;

Libero: 11. Yoana Resende

Xəbər lenti