23 May 20:18 Portuqaliyalıların qənimi - FOTO
TOP OYUNLARI xəbərləri 23 May 20:18
516 baxış

Portuqaliyalıların qənimi - FOTO

Qızıl Avropa Liqasının II turunun Azərbaycan – Portuqaliya matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən görüş 95 dəqiqə davam edib.

 

Millimizin 3:1 (24:26, 25:17, 25:14, 25:17) hesabı ilə qalib gəldiyi matçın ən yaxşı bombardiri Yelizaveta Səmədova olub. Portuqaliyalıların qəniminə çevrilən voleybolçumuz 20 xal qazanıb.

 

Katerina Jidkova 16, Odina Bayramova 9 xalla qələbədə pay sahibi olub. Olena Həsənova 8, Aynur İmanova 6, Yana Əzimova 3, Şəfaqət Alışanova 1 xal yığıb.

 

Qeyd edək ki, Portuqaliyanın ən məhsuldar oyunçusu Juliana Antuneş 16 xal toplaya bilib.

Xəbər lenti