3 Oktyabr 18:28 Prezident Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayırdı
TOP OYUNLARI xəbərləri 3 Oktyabr 18:28
735 baxış

Prezident Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakı haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakını, ölkəni layiqincə təmsil etdiyini nəzərə alaraq, Azərbaycan voleybolunun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Xəbər lenti