4 Yanvar 00:11 “Qalatasaray”da baş məşqçi istefası
TOP OYUNLARI xəbərləri 4 Yanvar 00:11
714 baxış

“Qalatasaray”da baş məşqçi istefası

“Qalatasaray”ın basketbol komandası baş məşqçisi ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” Erman Kunteri istefaya yollayıb.

 

Son vaxtlar qeydə alınan uğursuz nəticələrdən sonra klubun basketboldan məsul rəsmisi Can Topsakal da vəzifəsindən imtina etmişdi.

 

Hələlik yeni baş məşqçi təyin olunana qədər komandaya köməkçi məşqçi rəhbərlik edəcək.

 

Qeyd edək ki, ötən mövsümə kimi Fransanın “Le Man” klubuna rəhbərlik edən Kunter bu mövsümün əvvəlində “Qalatasaray”a keçmişdi.

Xəbər lenti