4 May 18:10 “Qızıl Avropa Liqasında qalib olmaq üçün mübarizə aparacağıq” – Yelizaveta Səmədova
TOP OYUNLARI xəbərləri 4 May 18:10
357 baxış

“Qızıl Avropa Liqasında qalib olmaq üçün mübarizə aparacağıq” – Yelizaveta Səmədova

“Bakı hazırlığı uzun sürdü. Baş məşqçi bəzi oyunçulara mövsümdən sonra istirahət vermişdi, bəziləri isə ümumiyyətlə paytaxta gəlməmişdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova deyib.

 

O, Voleybol Federasiyasının feysbuk səhifəsinə komandamızın aprelin 15-dən Qızıl Avropa Liqası üçün start götürən təlim-məşq toplanışını dəyərləndirib. Artıq Sloveniyada olan millimiz hazırlığın növbəti mərhələsini bu ölkədə keçəcək.

 

Səmədova bildirib ki, İtaliya A seriyasında “Skandiççi”nin heyətində az oyun keçirməsi əsas komandada hansısa problem yaratmayacaq: “Artıq Sloveniyaya yollanmışıq ki, hazırlığın əsas mərhələsi də burda başlayır. İtaliyada, A seriyasında həqiqətən də meydanda az vaxt keçirdim. Amma bunun oyun formamı itirdiyimə səbəb olduğunu düşünmürəm. Onsuz da təlim-məşq toplanışından intensiv məşqlər keçiriləcək. Hər oyunçu, o cümlədən mən hazırlıq prosesində nəyin üzərində xüsusi çalışmalı olduğumuzu bilirik”.

 

23 yaşlı hücumçu Qızıl Avropa Liqasında hədəflərini də açıqlayıb: “İstəklərimiz yüksəkdi. Yalnız qalib olmaq üçün mübarizə aparacağıq”.

 

Qeyd edək ki, yığmamız Avropa Liqasında Bolqarıstan, Ukrayna və Portuqaliya ilə A qrupunda yer alıb.

Xəbər lenti