23 Oktyabr 10:24 “Quru hesablı” qələbələr
TOP OYUNLARI xəbərləri 23 Oktyabr 10:24
381 baxış

“Quru hesablı” qələbələr

Qadın voleybolçular arasında Rusiya Superliqasında III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qonşu ölkə çempionatında forma geyinən Azərbaycan millisinin üzvləri meydanı qələbə ilə başa vurublar.

 

Yığmamızın lideri Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo” Çelyabinskin “Dinamo-Metar” klubu ilə üz-üzə gəlib. Görüş Tatarıstan təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb - 3:0 (25:11, 25:19, 25:18). Məmmədova matçda 14 xal toplayıb.

 

Millimizin blokçusu Kseniya Poznyakın çıxış etdiyi “Leninqradka” isə “Uraloçka”nı məğlub edib. Yekaterinburqda baş tutan görüş təmsilçimizin komandasının 3:0 (25:22, 25:16, 27:25) hesablı qələbəsi ilə başa çatıb. Poznyak komandasına 6 xalla kömək edib.

 

Qeyd edək ki, III turdan sonra aktivində 6 xalı olan “Dinamo” (Kazan) 3-cü, 3 xalı olan “Leninqradka” 6-cıdı. 

Xəbər lenti

Xəbər lenti