[b]Rəqiblərin 61 dəqiqəlik oyunu[/b]
19.05.2018 - 19:20
[b]Rəqiblərin 61 dəqiqəlik oyunu[/b]

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mübarizə apardığı A qrupunda ilk oyun başa çatıb.

 

Bolqarıstan millisi Portuqaliya ilə görüşdə çətinliklə üzləşməyib. Balkanlılar cəmi 61 dəqiqəyə oyunun taleyini həll ediblər.

 

Bolqarıstanlı voleybolçular rəqibinə cəmi 50 top verib – 3:0 (25:13, 25:18, 25:19).

 

Qeyd edək ki, Azərbaycan millisi hazırda Ukrayna ilə qarşılaşır.

 

0