[b]"Rolan Qarros": Qadınlarda çempion müəyyənləşdi[/b]
09.06.2018 - 20:21
[b]"Rolan Qarros": Qadınlarda çempion müəyyənləşdi[/b]

Tennisdə mövsümün ikinci “Böyük dəbilqə” turniri “Rolan Qarros”da qadınların mübarizəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, finalda Simona Halep Sloan Stivenslə qarşılaşıb.

İlk setdən Stivens qalib ayrılsa da, ikinci setin ortalarından bəri oyununu diqtə etməyə başlayan Halep geri dönüş edərək, matçdan 2:1 qalib ayrılıb.

Bu, Simona Halepin karyerası ərzində qazandığı ilk “Böyük dəbilqə” tituludu.

Qeyd edək ki, “Rolan Qarros” turnirinə sabah oynanılacaq kişilər - Rafael Nadal - Dominik Tim – finalının ardından yekun vurulacaq.

 

Rolan Qarros Qadınlar Final

Simona Halep (Rumıniya) – Sloan Stivens (ABŞ) – 2:1 (3:6, 6:4, 6:1)

0