[b]Rumıniyalı məşqçi Bakı klubuna söz atdı[/b]
12.12.2017 - 10:39
[b]Rumıniyalı məşqçi Bakı klubuna söz atdı[/b]

“Oyunun ağır olacağını gözləyirik. Təzadlı görünsə də, matçın çox asan alına biləcəyini də deyə bilərəm”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Ştiinta” klubunun baş məşqçisi Florin Qrapa deyib.

 

Bu gün qadın voleybolçular arasında “Çelenc Cup” turnirinə start veriləcək. 1/16 final mərhələsinin ilk oyun günündə “Ştiinta” Bakauda Bakının “Azərreyl” klubu ilə üz-üzə gələcək.

 

Qrapa bildirib ki, məqsəd “dəmiryolçular”ı mübarizədən kənarlaşdırıb, yollarına davam etməkdi: “Ümid edirəm ki, çox yaxşı oynaya bilərik. “Azərreyl”lə mübarizə aparmaq üçün ölkə çempionatında “Dinamo” ilə göstərdiyimiz oyunu sərgiləməliyik”.

 

Qeyd edək ki, yerli “Dinamo”ya 3:0 hesabı ilə qalib gələn “Ştiinta” rəqiblərindən bir oyun az keçirib və 8 matçdan 18 xal toplayıb. Komanda hazırda Rumıniya çempionatında yenə 4-cü yerdədi.

 

0