[b]Rusiyalı baş məşqçi Azərbaycan klubunu tənqid etdi [/b]
14.09.2017 - 12:45
[b]Rusiyalı baş məşqçi Azərbaycan klubunu tənqid etdi [/b]

Rusiyanın “Ufa-Alisa” həndbol klubunun baş məşqçisi İqor Saranets Azərbaycanın “Nur” klubunu tənqid edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis yetirmələrinin ölkə çempionu tərəfindən pulla “oğurlandığı”nı iddia edib.

 

EHF kubokunda 1 milliləşdirilmiş “azərbaycanlı” istisna olmaqla, legionerlərdən təşkil edilən Mingəçevir təmsilçisi “Ufa-Alisa”nın da 3 üzvünü heyətinə qatıb. Saranetsin sözlərinə görə, Darya Qavriş, Valeriya Sayenko və Ulyana Rassanova böyük pul arzusu ilə Azərbaycana yollanıb: “Komandada üzvlərinin maaşlarının gecikdirilməsi işimizə təsir edir. Bunu gizlətmək olmaz. Oyunçuları inandırmağa çalışırıq ki, idman prinsipləri də qalmalıdı. Ötən il bir neçə nəfər bizə qulaq asmadı. Onlar klubu tərk etdilər. Yalnız elələri qaldı ki, onlar idmana daha çox meyl edirlər, nəinki maaşa. Bir nümunə göstərim. Azərbaycanda bir komanda peyda olub. Adamlar ora pul qazanmağa gedirlər. Turnirdə cəmi 3 klub oynayır. Yəni səviyyə çox aşağıdı. Amma hazırda orda yaxşı maliyyələşmə var. Çoxları ora yollanırlar. Araşdırsaq, həmin həndbolçular səviyyələrində 3 addım geriləyirlər. Əgər kimsə Azərbaycanda 1 neçə il çıxış etsə, heç vaxt Rusiyaya qayıdıb, yüksək səviyyədə istifadə olunmayacaq”. 

0