20 Aprel 13:00 Səmədova və Əzizova millinin düşərgəsində
TOP OYUNLARI xəbərləri 20 Aprel 13:00
1841 baxış

Səmədova və Əzizova millinin düşərgəsində

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışına daha iki idmançı qoşulub. Apasport.az saytının məlumatına görə, İtaliyanın “Skandetti” klubunda çıxış edən Yelizaveta Səmədova və Türkiyə “Beşiktaş”ının üzvü Marqarita Əzizova yığmanın hazırlıqlarına qatılıb.

 

Yığmamız aprelin 15-də başa çatan voleybol üzrə qadınlar arasında ölkə çempionatının sonrakı iki günlük fasilənin ardından – ayın 18-dən toplanışa start verib. 35-ə yaxın voleybolçunun cəlb edildiyi yığmamız hazırlıqlarını 3 qrupda gerçəkləşdirir. Artıq komandaya qoşulan Səmədova və Əzizovadan fərqli legioner həyatı yaşayan digər təmsilçilərimiz hələ komandaya qoşulmayıbıar. Onlar yaxın günlərdə millimizin düşərgəsinə gələcəklər.

 

Qeyd edək ki, qadınlardan ibarət millimiz mayda Qızıl Avropa Liqasında qüvvəsini sınayacaq.

Xəbər lenti