[b]“Sofiyada ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq” – Azərbaycan millisinin məşqçisi[/b]
24.05.2018 - 00:45
[b]“Sofiyada ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq” – Azərbaycan millisinin məşqçisi[/b]

“Yığmamız əvvəlki kimi Qızıl Avropa Liqasında öz optimal oyununu axtarır”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının məşqçisi Famil Ağayev deyib.

 

O, Qızıl Avropa Liqasının II turunun Portuqaliya ilə matçı barədə fikirlərini açıqlayıb. Ağayev 3:1 hesablı qələbəni daha çox hazırlıq kimi dəyərləndirib: “Bəzi aparıcı oyunçular olmadan çıxış edirik. Bununla da gənclərə şans veririk. Portuqaliya ilə görüş Bolqarıstanla matça hazırlıq baxımından növbəti addım idi. Sofiyada ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Bunu əminliklə deyirəm”.

 

 

0