[b]“Sumqayıt” Azərbaycan çempionatından imtina etdi - RƏSMİ[/b]
17.02.2017 - 15:24
[b]“Sumqayıt” Azərbaycan çempionatından imtina etdi - RƏSMİ[/b]

Kişilərdən ibarət “Sumqayıt” voleybol klubu Azərbaycan çempionatında iştirakdan imtina edib. Bu barədə məlumatı apasport.az saytına komandanın baş məşqçisi Dilqəm Qəhrəmanov verib.

 

O bildirib ki, maliyyə problemləri səbəbindən yüksək dəstədə çıxışlarını davam etdirməyəcəklər: “Komanda olaraq, fəaliyyəti dayandırmamışıq. Lakin maliyyə problemi ilə üzləşmişik. Məşqləri davam etdirsək də, Azərbaycan çempionatında oynamayacağımız barədə qərar vermişik. Növbəti mövsümə gəlincə, yenə də hər şey puldan asılıdı. Yəni sponsor tapsaq, oynayacağıq”.

 

Qəhrəmanov bildirib ki, komandanı bir yerə yığmaqda voleybolçuların müxtəlif sahədə çalışması problem yaradıb: “Komanda üzvləri voleybola görə əmək haqqı almır. Uşaqların hamısı demək olar ki, müxtəlif zavodlarda işləyirlər. Onların saatına hardasa 2,70, gününə 20 manatdan artıq pul düşür. Bu isə o deməkdi ki, çempionat ərəfəsində hər dövrədə onları işlərindən 5 gün ayırmaq təxminən 100 manatdan artıq edir. Bunu isə verən yoxdu. Gərək özüm verəm. Mənim də o imkanım yoxdu”.

 

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan çempionatında 10 turdan sonra sonuncu pillədə qərarlaşmışdı.

0