[b]“Telekom” qaçır, “Azərreyl” qovur - YENİLƏNİB[/b]
14.02.2017 - 18:15
[b]“Telekom” qaçır, “Azərreyl” qovur - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, günün mərkəzi matçı “Azəryol”la “Azərreyl” arasında olub.

 

Qarşılaşmanın gərgin keçəcəyi gözlənilsə də, “dəmiryolçular” asan qələbəyə seviniblər. Hesabat turunda “Telekom”a məğlub olan Famil Ağayevin yetirmələri revanşını “Azəryol”dan alıblar. Düzdü, 3-cü pillədə qərarlaşan Eldar Yusubovun komandası ilk setdə ciddi müqavimət göstərib. Lakin daha təcrübəli “Azərreyl” üstünlüyü ələ alaraq, bunu sona qədər davam etdirib. Bu qələbə onların çempionluq şanslarını davam etdirməsi ilə nəticələnib. İkinci yerə ümidini hələ itirməyən “Azəryol”un isə turnir cədvəlində mövqeyi dəyişməz qalıb.

 

“Telekom” – “Lokomotiv” görüşündə isə “rabitəçilər” gözlənilən rahat qələbəni əldə ediblər. Zoran Qayiçin yetirmələri rəqiblərinin ciddi müqaviməti ilə üzləşməyiblər. “Quru hesabla” qalib gələn “Telekom” çempionluq yolunda daha bir önəmli addım atıb. Bu qələbə onların “Azərreyl”lə xal fərqinin azalmasına imkan verməyib.

 

Maraqlıdı ki, liderlərlə autsayderlərin duelindən sonra turnir cədvəlində hansısa dəyişiklik baş verməyib. Əksinə, ilk iki pillənin sahibləri set nisbətini yaxşılaşdırıblar.

 

 

14 fevral

 

“Telekom” – “Lokomotiv” - 3:0 (25:15, 25:10, 25:19)

“Gənclik” Olimpiya Kompleksi

 

I dövrə: “Telekom” – “Lokomotiv” - 3:0 (25:15; 25:11; 25:19)
II dövrə: “Lokomotiv” - “Telekom” - 1:3 (25:23, 19:25, 20:25, 13:25)

 

“Azəryol” – “Azərreyl” - 0:3 (19:25, 13:25, 21:25)

“Azərreyl” Voleybol Mərkəzi

 

I dövrə: “Azəryol” - “Azərreyl” - 2:3 (14:25; 25:19; 10:25; 28:26; 16:18)
II dövrə: “Azərreyl” - “Azəryol” - 3:0 (25:22, 29:27, 25:20)

 

 

 Telekom

11

11

0

33-11

1030-801

29

Azərreyl

10

7

3

27-11

863-692

23

Azəryol

11

5

6

21-18

852-772

16

Lokomotiv

10

2

8

7-25

536-753

6

Gürcüstan

8

0

8

1-24

357-620

0

 

0