26 Oktyabr 08:56 Türkiyə çempionatında Azərbaycan dueli
TOP OYUNLARI xəbərləri 26 Oktyabr 08:56
1375 baxış

Türkiyə çempionatında Azərbaycan dueli

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında III tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə Azərbaycan millisinin voleybolçuları bir-birinə rəqib olublar.

 

Belə ki, Yana Kulanın çıxış etdiyi “Bəylikdüzü” Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça”nı qəbul edib. Görüş “sarı-lacivərdlilər”in 3:1 hesablı qələbəsi ilə yükunlaşıb.

 

Matçda 5-i eys olmaqla 27 xal toplayan Polina bombardir olub. Kulanın isə 17 zərbəsi komandasına xal gətirib.

 

Marqarita Əzizovanın formasını geyindiyi “Beşiktaş” “Vakıfbank”la oynayıb. Görüş 3:0 hesabı ilə “bankirlər”in xeyrinə başa çatıb. Son 2 hissədə meydanda olan Əzizova “qara qartallar”da xal hesabını açıb. O, 3 dəqiq zərbə vurub.

 

Qeyd edək ki, III turdan sonra “Fənərbaxça” 9 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan “Beşiktaş” 8-ci, 1 xala malik “Bəylikdüzü” 10-cudu. Odina Bayramovanın çıxış etdiyi “Seramiksan” isə 4 xalla 7-ci pillədə qalıb. 

Xəbər lenti

Xəbər lenti