[b]Türkiyədə çempion bəlli oldu[/b]
26.04.2018 - 21:18
[b]Türkiyədə çempion bəlli oldu[/b]

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında çempion bəlli olub. Apasport.az saytının məlumatına görə, bu, final seriyasının 5-ci oyununda müəyyənləşib.

 

“Vakıfbank” “Eczaçıbaşı”na 3:0 qalib gəlib və ümumi hesabı 3:2 edərək 10-cu dəfə çempionluğa yiyələnib.

 

Milli komandamızın üzvü Polina Rəhimovanın forma geyindiyi “Fənərbaxça” isə daha əvvəl bürünc medal qazanmışdı.

 

Qeyd edək ki, bu mövsüm Türkiyə voleybolunda 3 kuboku da (KupaVoley, Çempionlar Kuboku və Sultanlar Liqası) qazanan “Vakıfbank” Çempionlar Liqasında da birincilik uğrunda mübarizə aparır.

0