[b]Türkiyənin əfsanəsi dünyasını dəyişdi[/b]
09.11.2017 - 13:55
[b]Türkiyənin əfsanəsi dünyasını dəyişdi[/b]

Türkiyə basketbolunun əfsanəsi Mehmet Baturalp dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”nın sabiq kapitanı və “ay-ulduzlular”ın keçmiş çalışdırıcısı bu gün xəstəxanada vəfat edib.

 

72 dəfə millinin formasını geyinən 81 yaşlı mütəxəssis ürək çatışmazlığından dünyasını dəyişib.

 

Baturalp yığma ilə yanaşı, “Fənərbaxça” və “Beşiktaş”ın da baş məşqçisi olub. O, həyatının son illərində isə şərhçi kimi çalışıb. 

0