[b]"Uimbldon": Federer, Nadal, Cokoviç və Serena mərhələ adladı[/b]
10.07.2018 - 10:03
[b]"Uimbldon": Federer, Nadal, Cokoviç və Serena mərhələ adladı[/b]

Tennisdə mövsümün üçüncü “Böyük dəbilqə” turniri “Uimbldon” davam edir. Apasport.az saytının məlumatına görə, kişi və qadınların mübarizəsində 1/8 final mərhələsinin görüşləri keçirilib.

 

Kişilərdə favoritlərdən Rocer Federer Adrian Mannarinonu, Rafael Nadal İrjı Veselını, Novak Cokoviç isə Karen Xaçanovu mübarizədən kənarlaşdırıb.

 

Qadınlarda isə Serena Uilyams və Anjelika Kerber mərhələ adlayıblar. 

 

Uimbldon

 

Kişilər

 

1/8 final

 

İrji Veselı (Çexiya) – Rafael Nadal (İspaniya) – 0:3 (3:6, 3:6, 4:6)

 

Karen Xaçanov (Rusiya) – Novak Cokoviç (Serbiya) – 0:3 (4:6, 2:6, 2:6)

 

Rocer Federer (İsveçrə) – Adrian Mannarino (Fransa) – 3:0 (6:0, 7:5, 6:4)

 

 

Qadınlar

 

1/8 final

 

Serena Uilyams (ABŞ) – Yevgeniya Rodina (Rusiya) – 2:0 (6:2, 6:2)

 

Anjelika Kerber (Almaniya) – Belinda Bençiç (İsveçrə) – 2:0 (6:3, 7:6)

0