[b]"Uimbldon": Serena Uilyams yarımfinalda[/b]
11.07.2018 - 11:28
[b]"Uimbldon": Serena Uilyams yarımfinalda[/b]

Tennisdə mövsümün üçüncü “Böyük dəbilqə” turniri “Uimbldon”da növbəti gün geridə alıb. Apasport.az saytının məlumatına görə, qadınların mübarizəsində yarımfinalçılar müəyyənləşib.

 

“Uimbldon”un 7 qat qalibi Serena Uilyams çətinlik çəkməsinə baxmayaraq, 1 saat 46 dəqiqə davam edən oyun sonuna Kamila Corcini məğlub edərək, adını sön dördlüyə yazdırıb. Onunla yanaşı, Anjelika Kerber, Yelena Ostapenko və Yuliya Qörqes də mərhələ adlayıblar.

 

Uimbldon

 

Qadınlar

 

1/4 final

 

Darya Kasatkina (Rusiya) – Anjelika Kerber (Almaniya) – 0:2 (3:6, 5:7)

 

Dominika Çibulkova (Slovakiya) – Yelena Ostapenko (Latviya) – 0:2 (5:7, 4:6)

 

Kiki Bertens (Hollandiya) – Yuliya Qörqes (Almaniya) – 1:2 (6:3, 5:7, 1:6)

 

Serena Uilyams (ABŞ) – Kamila Corci (İtaliya) – 2:1 (3:6, 6:3, 6:4)

 

Qeyd edək ki, yarımfinalda Yelena Ostapenko Anjelika Kerberlə, Serena Uilyams isə Yuliya Qörqeslə qarşılaşacaq. Oyunlar iyulun 12-də keçiriləcək.

0