[b]"Uimbldon": Son çempion mübarizəni dayandırdı[/b]
06.07.2018 - 13:15
[b]"Uimbldon": Son çempion mübarizəni dayandırdı[/b]

Tennisdə mövsümün üçüncü “Böyük dəbilqə” seriyalı turniri “Uimbldon” davam edir. Apasport.az saytının məlumatına görə, qadın və kişilərin mübarizəsində sonuncu 1/16 finalçılar müəyyənləşib.

 

Qadınlarda favoritlərdən Simona Halep, Anjelika Kerber və Qarbinye Muqurusa korta çıxıblar. İlk iki tennisçi görüşlərindən qalib ayrılsa da, turnirin son qalibi olan ispaniyalı raketka ustası Alison van Eytvanka uduzaraq, mübarizəni dayandırıb:

 

Uimbldon

 

Qadınlar

 

1/32 final

 

Simona Halep (Rumıniya) – Çjen Sansay (Çin) – 2:0 (7:5, 6:0)

 

Qarbinye Muqurusa (İspaniya) – Alison van Eytvank (Belçika) – 1:2 (7:5, 2:6, 1:6)

 

Anjelika Kerber (Almaniya) – Klar Lyu (ABŞ) – 2:1 (3:6, 6:2, 6:4)

 

Kişilərdə isə iddialılardan Rafael Nadal, Novak Cokoviç və Marin Çiliç növbəti oyunlarını keçiriblər. Mərhələ adlayanlar sırasında ispan və serb tennisçinin adına rast gəlmək mümkündü. Ancaq 2017-ci ilin finalçısı Çiliç isə 3 saat 14 dəqiqə davam edən və 2:0 önə keçdiyi oyundan gözlənilmək şəkildə məğlub ayrılaraq, 1/16 final öncəsi “Uimbldon”la vidalaşıb:

 

Uimbldon

 

Kişilər

 

1/32 final

 

 

Marin Çiliç (Xorvatiya) – Qvido Pelya (Argentina) – 2:3 (6:3, 6:1, 4:6, 6:7, 5:7)

 

Mixail Kukuşkin (Qazaxıstan) – Rafael Nadal (İspaniya) – 0:3 (4:6, 3:6, 4:6)

 

Orasio Sebalyos (Argentina) – Novak Cokoviç (Serbiya) – 0:3 (1:6, 2:6, 3:6)

0