[b]Valeriya Məmmədova Çempionlar Liqasının ikincisidi[/b]
01.03.2017 - 12:35
[b]Valeriya Məmmədova Çempionlar Liqasının ikincisidi[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin yekununa əsasən açıqlanan siyahıda Azərbaycan klublarından - “Telekom”la “Azərreyl”in oyunçuları da var.


Təmsilçilərimizdən ən yaxşı göstərici Valeriya Məmmədovaya məxsusdu. Azərbaycan millisinin də şərəfini qoruyan libero ən yaxşı top qəbul edənlər sırasında ikincidi. O, üzərinə gələn topların 42,86 faizini düzgün qəbul edib.

 

İlk “üçlük”də “Telekom”un voleybolçusu da yer alıb. 4 turdan sonra blokçuların siyahısına başçılıq edən Olena Həsənova çıxışını 3-cü pillədə başa vurub. O, 6 matçın 20 hissəsində 29 dəfə keçilməz olub. Həsənovanın liderliyi təhvil verməsində rəqibləri ilə müqayisədə az setdə çıxış etməsi də rol oynayıb.

 

Bu oyunçularla yanaşı, bir neçə oyunçumuz da “20-liyə” düşüb.

 

Qeyd edək ki, Bakı klubları qrup mərhələsində mübarizəni dayandırıblar.
 


Ən çox xal toplayan

 

Klubu

Oyun sayı

Set sayı

Topladığı xal

1. Nataliya Qonçarova

Dinamo, Moskva

6

26

143

2. Yovana Brakoçeviç

Modena

6

23

128

3. Tinq Ju

Vakıfbank

6

23

113

...10. Yekaterina Jidkova

Azərreyl 

6

21

96

...12. Yelizaveta Səmədova

Telekom

6

20

94


Ən yaxşı blokçular

 

Klubu

Oyun sayı

Set sayı

Topladığı xal

1. Yekaterina Orlova

Volero

6

22

34

2. Maya Polyak

Dinamo, Moskva

6

26

32

3. Olena Həsənova

Telekom

6

20

29

...13. Edina Dobi

Azərreyl

6

22

14



Ən yaxşı top qəbul edənlər

 

Klubu

Oyun sayı

Set sayı

Düzgün qəbul (faizlə)

1. Dobriana Rabadjiyeva

Volero

6

23

47,50

2. Valeriya Məmmədova

Azərreyl

6

22

42,86

3. Kseniya Parubets

Uraloçka

5

19

39,29



Topu oyuna ən yaxşı daxil edənlər

 

Klubu

Oyun sayı

Set sayı

Topladığı xal

1. Cordan Larson

Əczaçıbaşı

6

23

13

2. Yavan Brakoçeviç

Modena

6

23

12

3. Yeon-Kounq Kim

Fənərbaxça

4

12

11

...13. Yekaterina Jidkova

Azərreyl

6

21

8



Ən yaxşı toppaylayıcılar

 

Klubu

Oyun sayı

Set sayı

Əla ötürmə (faizlə)

1. Ezgi Dılık

Fənərbaxça

6

14

50,00

2. Yoanna Voloş

Ximik

6

24

44,69

3. Svetlana Surtseva

Dinamo, Krasnodar

3

4

43,48

...21. Sladyana Mirkoviç

Telekom

6

20

24,16

...22. Danitsa Radenkoviç

Azərreyl

6

22

23,83

 

0