[b]“Voleybol məni yaxınlarımdan uzaqlaşdırdı” - Yelizaveta Səmədova[/b]
29.06.2017 - 14:04
[b]“Voleybol məni yaxınlarımdan uzaqlaşdırdı” - Yelizaveta Səmədova[/b]

Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova İtaliya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Telekom”un yetirməsi olan və bu klubla Super Liqanın qızıl və gümüş medalını qazanan hücumçu hansı səbəbdən Florensiyanın “Skandiççi” komandasını seçməsinə aydınlıq gətirib.

 

- Yeni mövsümdən “Skandiççi”də çıxış edəcəksiz. Bu komanda ilə müqavilə bağlamağınızda nə rol oynadı?

- Mən bu klubu ona görə seçdim ki, onların gələcəklə bağlı layihəsi var. Bu layihəni çox bəyəndim. Bu şəhərin komandasını İtaliya çempionatının qalibi olmaq üçün də seçdim.

 

- Karyeranızın ən önəmli addımları hansılar olub?

- Daima idmanla məşğul olmuşam. 13 yaşımdan voleybolu seçdim. 16 yaşımda Azərbaycana gəldim ki, özümü voleybola və Bakıya həsr edim.

 

- Belə seçim sizin üçün çətin olmadı ki?

- Voleybol məni ailəm və yaxınlarımdan bir az uzaqlaşdırdı. Amma mənə səyahət etmək, fərqli insanlar və mədəniyyətlə qarşılaşmaq imkanı verdi. Məhz buna görə də indi voleyboldayam.

 

- Müqaviləyə imza atdığınız “Skandiççi”nin mənzil-qərargahında ən birinci diqqətinizi nə cəlb etdi?

- Gördüm ki, Florensiya çox gözəl şəhərdi.

 

0