16 Mart 11:57 Voleybolçularımız komandalarını Sultanlar Liqasında saxladı
TOP OYUNLARI xəbərləri 16 Mart 11:57
405 baxış

Voleybolçularımız komandalarını Sultanlar Liqasında saxladı

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında 9-12-ci yerlər uğrunda görüşlər başa çatıb. Apasport.az saytının məlumatına görə, matçların yekununa əsasən Azərbaycan millisinin oyunçularının komandaları elitadakı yerlərini qoruyublar.

 

Belə ki, yığmamızın hücumçusu Yana Kulanın çıxış etdiyi “Beylikdüzü” mərhələnin axırıncı oyununda Odina Bayramovanın formasını geyindiyi “Seramiksan”la üz-üzə gəlib. Görüş birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Kulan matçda 32 xal toplamaqla, qarşılaşmanın ən məhsuldar oyunçusu seçilib. Odina isə 13 xal yığıb və komandasının ən yaxşısı olub.

 

Beləliklə, “Beylikdüzü” 9-cu, “Seramiksan” 10-cu yeri tutub. “Çanakkale Bld”la “İlbank” isə Sultanlar Liqası ilə vidalaşıb.

Xəbər lenti