20 May 00:00 “Voleybolçularımız qələbə əzmi nümayiş etdirdi” – Faiq Qarayev
TOP OYUNLARI xəbərləri 20 May 00:00
4572 baxış

“Voleybolçularımız qələbə əzmi nümayiş etdirdi” – Faiq Qarayev

“Ukraynaya qarşı oyun böyük problem idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev deyib.

 

Təcrübəli mütəxəssis Avropa Qızıl Liqasının ilk turunun Ukrayna ilə görüşü haqda fikirlərini açıqlayıb: “Komandamı qələbə münasibətilə təbrik edirəm. Sloveniyadakı təlim-məşq toplanışından sonra mövsümdə ilk rəsmi oyunumuzu keçirdik. Voleybolçularımız qələbə əzmi nümayiş etdirdi. Onlar öz meydanımızdakı azarkeşləri sevindirdilər. İndi növbəti matça hazırlaşacağıq”.

 

Qeyd edək ki, Azərbaycan yığması Ukraynaya 3:1 hesabı ilə qalib gəlib.

Xəbər lenti