[b]Xorvatiya yığmasında seks qalmaqalı[/b]
18.09.2017 - 16:51
[b]Xorvatiya yığmasında seks qalmaqalı[/b]

Qadın voleybolçulardan ibarət Xorvatiya milli komandasının baş məşqçisi Miroslav Aksentiyeviçin istefaya göndərilməsinin səbəbi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatına 10 gün qalmış postunu tərk edən mütəxəssis bunu sağlamlığı ilə əlaqələndirsə də, heç də belə deyilmiş.

 

Xorvatiyalı həmkarlarımız istefanın əsl səbəbini üzə çıxarıblar. Məlum olub ki, mütəxəssis adı açıqlanmayan voleybolçuların birinin otağına gedib və onu seksə təhrik edib. 44 yaşlı Aksentiyeviç hətta ona toxunmaqdan da çəkinməyib.

 

Lakin oyunçu qışqıraraq komanda yoldaşlarını köməyə çağırıb. Onun valideynləri də hadisə yerinə gəliblər. Məhz bu biabırçılıq səbəbindən yerli federasiya onu postundan uzaqlaşdırılıb. Mütəxəssisin yerinə İqor Lorinov təyin edilib. 

0