[b]“Yenə də qələbəni bayram etmək gücündəyik” - millimizin məşqçisi[/b]
23.05.2018 - 10:19
[b]“Yenə də qələbəni bayram etmək gücündəyik”  - millimizin məşqçisi[/b]

“İstənilən yarışın ilk oyunu həmişə çətin olur”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev deyib.

 

Gənc çalışdırıcı Qızıl Avropa Liqasının II turu öncəsi fikirlərini açıqlayıb. O, Ukrayna ilə qarşılaşmadan fərqli, Portuqaliyaya qarşı daha yaxşı oynayacaqlarına əminlik ifadə edib.

 

Ağayev bildirib ki, yığmamız bu gün ikinci qələbə arzusu ilə meydana çıxacaq: “Bizim Ukrayna ilə matçdakı qələbəmiz qızların üzərindəki təzyiqi müəyyən mənada aradan götürdü. Əminik ki, daha yaxşı oyun nümayiş etdirə bilərik. Doğma azarkeşlər önündə Portuqaliya ilə görüşdə də qələbəni bayram etmək gücündəyik”.

 

Qeyd edək ki, millimiz ilk matçda Ukraynaya 3:1 hesabı ilə qalib gəlib. Portuqaliya ilə oyun isə bu gün saat 18:00-da start götürəcək.  

0