[b]"Yeni mövsümdə Yüksək Liqada çıxış etmək istəyirik"[/b]
04.04.2018 - 22:21
[b]"Yeni mövsümdə Yüksək Liqada çıxış etmək istəyirik"[/b]

“Komandamız fəhlələrdən ibarətdi. Finala çıxmışıqsa, özümüzü qalib gəlmiş kimi hiss edirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bos Şelf” komandasının baş məşqçisi Təhmasib Bəşirov deyib.

 

Kişilər arasında voleybol üzrə I Liqanın final matçında “Taleh”lə üz-üzə gələn və 0:3 hesabı ilə məğlub olaraq yarışı ikinci yerdə tamamlayan komandanın çalışdırıcısı fikirlərini bölüşüb.

 

O, həlledici matça qədər çox çətinliklərlə üzləşdiklərini deyib: “Finala gəlişimiz çox ağır oldu. Güclü mübarizə apardıq. Çox gözəl hisslər keçiririk. İlk dəfədi final mərhələsində çıxış edirik. Oyundu, hər cür nəticə ilə qarşılaşa bilərik. Güclü olan qalib gəldi. Bizə bu şəraiti yaratdığı üçün Azərbaycan Voleybol Federasiyasın, Faiq Qarayevə minnətdarlığımızı bildiririk. Gələn mövsüm də komandamızı gücləndirib Yüksək Liqada çıxış etmək istəyirik”.

0