[b]Yığmalarımız çempion oldu[/b]
10.04.2018 - 09:19
[b]Yığmalarımız çempion oldu[/b]

“Birinci Türk Universitetləri İdman Oyunları”nda voleybol yarışlarının qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxtımızda təşkil olunan yarışda yığmalarımız çempion adına yiyələniblər.

 

Belə ki, Vüqar Əliyevin rəhbərlik etdiyi qadınlardan ibarət millimiz finalda Türkiyə voleybolçuları ilə üz-üzə gəliblər. Gərgin keçən görüşdə komandamız 3:2 hesabı ilə qələbə qazanıb.

 

Fərid Cəlalovun baş məşqçisi olduğu kişilərdən ibarət yığmamız da həlledici görüşdə Türkiyə ilə qarşılaşıb. Onlar da rəqiblərini 3:2 hesabı ilə məğlub edərək, qızıl medallara yiyələniblər.

0