[b]Yığmamız 8 xal qazandı, mövqeyini qorudu[/b]
11.07.2017 - 13:10
[b]Yığmamız 8 xal qazandı, mövqeyini qorudu[/b]

Avropa Voleybol Konfederasiyası (CEV) kişilərdən ibarət komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə Avropanın 49 komandası yer alıb.

 

Azərbaycan millisi qitənin 37-cisidi. Ötən siyahı ilə müqayisədə mövqeyini qoruyan komandamızın hesabında 54 xal var. Bunlardan 8-i yeni başa çatan Avropa Liqasındakı nəticələrə görə əldə edilib.

 

Digər xalların 34-ü AVRO-2015-in seçmə mərhələsində, 12-si isə DÇ-2014-ün seçmə mərhələsində qazanılıb.

 

Siyahıya isə yenə Fransa başçılıq edir. Bu yığmanın 288 xalı var. 2-ci pilləyə yüksələn Rusiya liderdən 8 xal geri qalır. Serbiya isə 274 xalla 3-cü pillədə qalıb. İlk “üçlüy”ü isə 4-cı yerə yuvarlanan İtaliya tərk edib – 270 xal.

0