[b]Yığmamız Avropa çempionatının hazırlığına başlayır[/b]
07.07.2017 - 10:51
[b]Yığmamız Avropa çempionatının hazırlığına başlayır[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gündən bir araya gələcək. Apasport.az saytının məlumatına görə, toplanış Avropa çempionatının hazırlıqları üçün hesablanıb.

 

Belə ki, günortaya kimi həkim nəzarətindən keçəcək Faiq Qarayevin yetirmələri saat 16:00-da “Azərreyl”in Voleybol Bazasında ilk məşqə çıxacaqlar. Ardınca komandamızın paytaxtdan kənarda və ölkə xaricində də təlim-məşq toplanışları planlaşdırılır.

 

Qeyd edək ki, Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avro-2017 sentyabrın 22-də başlayacaq. 

0