[b]Yığmamız Belarusla yoxlama oyunu keçirəcək[/b]
13.09.2017 - 10:08
[b]Yığmamız Belarusla yoxlama oyunu keçirəcək[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Belarusla yoxlama matçı keçirəcək. Apasport.az saytının məlumatına görə, Avropa çempionatına hazırlaşan Faiq Qarayevin yetirmələri rəqiblə Bakıda üz-üzə gələcək.

 

Belə ki, belaruslular sentyabrın 16-da paytaxtımıza gələcəklər. Komandalar arasında 2 matçın oynanılması planlaşdırılır. Bu qarşılaşmalardan sonra rəqib Tiflisə yollanacaq və Avro-2017-in qrup mərhələsində çıxış edəcək.

 

Qeyd edək ki, Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avro-2017 sentyabrın 22-də başlayacaq. 

0