[b]Yığmamız Belçikaya uduzdu[/b]
13.08.2017 - 17:39
[b]Yığmamız Belçikaya uduzdu[/b]

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri ikinci matçında Belçika yığması ilə üz-üzə gəliblər.

 

Görüş voleybolçularımız üçün məğlubiyyətlə başa çatıb. Rəqib 3:1 (25:14, 25:23, 20:25, 26:24) hesablı qələbəyə sevinib.

 

Qeyd edək ki, Avro-2017-yə hazırlaşan millimiz Sloveniya ilə yoxlama oyununu heç-heçə (2:2) başa vurmuşdu. 

0