[b]Yığmamız bu dəfə məğlub oldu[/b]
18.08.2017 - 10:27
[b]Yığmamız bu dəfə məğlub oldu[/b]

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Avro-2017-yə hazırlaşan Faiq Qareyevin yetirmələri yenə ev sahiblərinin yığması ilə üz-üzə gəliblər.

 

İlk 2 görüşdə bir dəfə qalib gəlib (3:1), digərində heç-heçə edən (2:2) voleybolçularımız sloveniyalılarla üçüncü qarşılaşmasında məğlubiyyətə üzülüblər. Rəqib bu dəfə asan qələbə qazanıb – 3:0 (25:21, 25:21, 25:15).

 

Qeyd edək ki, yığmamız Mariborda bu oyunlardan başqa, Belçika ilə də qüvvəsini sınayıb və 1:3 hesabı ilə uduzub. 

 

0